"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı efirə yayımlanıb.
Trend xəbər verir ki, verilişin qonağı Milli Məclisin deputatı Rasim Musabəyov olub.
"Azərbaycan sülhün xeyrinə hərəkət edir, aktiv şəkildə çalışır və Ermənistanla danışıqlar aparır. Düşünürəm ki, artıq sülh üçün şərait yetişib", - o deyib.
Deputat qeyd edib ki, beynəlxalq arenada qarşıdurmalar və ziddiyyətlər fonunda Azərbaycan və Ermənistanın sülhə doğru irəliləyişi Moskva, Brüssel, Vaşinqton və Tehran tərəfindən müsbət qarşılanır.
Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq:
(Tərcümə: Rəna Əbdürəhmanova)