...

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend xəbər verir ki, verilişin qonağı bəstəkar, Azərbaycanın Xalq artisti Faiq Sücəddinov olub.

O, Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışaraq qeyd edib ki, Cənubi Qafqazda sülhün olmamasını istəyən qüvvələr var.

"Kənardan ermənilərə yüksək təzyiq var. Onların özlərinin qərar verməsinə imkan vermirlər. Erməni xalqı özü bu nəticəyə gəlməlidir ki, onların düşməni Azərbaycan deyil.

Biz öz torpağımızı, bizə məxsus olan hər şeyi necə sevdyimizi, özgənin olanı istəmədiyimizi göstərdik. Mən bu yaxında Şuşada oldum. Yolda dağılan evlərə diqqət yetirdim. Ermənilər 30 il ərzində heç nə tikməyib, heç nə etməyib. Onlar bilirdi ki, bunlar özgənindir, müvəqqətidir", - Xalq artisti deyib.

Verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırırıq: